Bu şəhərlərə gedin

Bu şəhərlərə gedin backend

Ən məşhur səyahət saytlarından biri olan "TripAdvisor" 2015-ci ildə səyahət edilməli olan ən maraqlı yerləri müəyyən edib.

Mərakeş
Evləri qırmızı olan bu ölkənin şəhərlərinin gözəlliyi, qədimlik və müasirliyin vədhəti heyran edir. Günlərinizi bir-birinə bağlanan istədiyiniz hər şeyi tapa biləcəyiniz bazarlarda keçirə bilərsiniz. Havadakı ədviyyat qoxusu, qulaqlarda yerlilərin səsi...
Hanoy


Vyetnamın paytaxtı dünyanın ən gözəl qədim şəhərlərindəndir. Köhnə məhəllələr, binalar tarixin səhifələrini gözlər önünə sərir. Bir zamanlar "Yüksələn əjdaha" adlanan şəhər küçə təamları ilə də məşhurdur.
Siem Reap


Gedib çatmaq çətindir, amma bütün çətinliklərə dəyər. Kamboçanın sərhəddindəki bu qəsəbədə Cənub Şərqi Asiyanın ən önəmli arxeoloji məkanı yerləşir. Ağac kökləri arasında itən Ta Prohm məbədi bunlardan biridir.

Zermatt
İsveçrənin ən məşhur kurort şəhərlərindəndir. Alp dağlarının ətəklərində yerləşən bu şəhərdə keçirəcəyiniz günləri uzun müddət unutmayacaqsınız. Qatarla Gornergrat zirvəsinə qalxmamış geri qayıtmayın.



Ubud
Balinin mədəniyyət və sənət mərkəzidir. Ucsuz-bucaqsız düyü tarlaları, makaka meymunları, ənənəvi Bali masajının ən yaxşısı məhz buradadır. Müdriklik tanrısı "Pura Taman Saraswati" məbədi, lotus çiçəkləri ilə dolu bağçaları görmədən qayıtmayın.


Kusko
İspanların fəthinə qədər ink mədəniyyətinin paytaxtı olub. Perudakı bu qədim şəhər hələ də bu mədəniyyətin izləri ilə turistləri cəlb etməyə davam edir. Daşlı küçələrdə gəzərək görkəmli günəş məbədini - Qoricanchadada 4 min rahib var.

Queenstown
Macəra sevənlər üçün olan Yeni Zellandiyanın bu şəhəri sizə kano, rafting, jumping və xizək əyləncəsi vəd edir. Ekstrimal idmandan qorxanlar isə onlarla şərab növü dadmaq təklif edilir. Əgər bunların heç biri sizlik deyilsə 20 dəqiqəlik məsafədəki Arrovtauna gedin. Bura rəngarəng ağacları ilə dünyanın ən gözəl qəsəbələrindəndir.
Diaspora