ABŞ prezidenti Barak Obama böyük qızı Malinin ad günündə qızı üçün mahnı oxuyub.
Qaziler.az xəbər verir ki, qızın 18 yaşı ABŞ-ın iyulun 4-də qeyd edilən Müstəqillik gününə təsadüf edib."Daily Mail”in məlumatına görə, milli bayram şərəfinə Ağ evə müğənnilər və bir neçə hərbçi ailəsi dəvət edilib. Artistlər ABŞ prezidentinin təbrikinə qoşulub.
Barak və Mişel Obama 1992-ci ildə evləniblər. Onlar iki qız Mali və 14 yaşlı Saşanı tərbiyə edirlər.
Müstəqillik günü Amerika Birləşmiş Ştatlarının ad günü hesab edilir (1776-cı ilin iyul ayının 4-də ABŞ-ın Müstəqillik deklarasiyası imzalanıb). Bayramın ayrılmaz elementləri atəşfəşanlıq, barbekü, konsert və beysbol matçlarıdır.