QAZİLƏR saytı Xəbərlər.az-a istinadla bildirir ki, texnologiyanın irəliləməsi ilə bərabər telefonların görünüşləri də dəyişikliyə məruz qalıb. Dizayn olaraq bütünlüyü pozan çərçivələr isə getdikcə incəlməyə başlayıb. Qlobal bazarda ilk olaraq LG G2-də qarşılaşdığımız incə çərçivəli telefonlar gün keçdikcə artmaqdadır.
İndi isə çinli Oppu-nun çərçivəsiz telefonu qarşımıza çıxıb. Leaksfly adlı Twitter istifadəçisinin paylaşdığı foto sayəsində isə bu telefon ilk dəfə görünüb. 5.5 inç böyüklüyündə bir ekrana sahib olacağı iddia edilən telefonun olduqca incə bir dizayna malik olacağı söylənilib.Sızdırılan modelin adı və texniki xüsusiyyətləri mövzusunda isə hələki bir məlumat yoxdur. Ancaq görünüşü ilə bir çox istifadəçinin diqqətini çəkməyi bacaran modelin möhtəşəm interfeysə malik olması təxmin edilir.