Yer kürəsində elə yerlər var ki, hündür hasarlarlа insanlardan gizlədirilir. İnsanlar daxil ola bilmədiyi bu gizli məkanlar haqqında yalnız şayiələr və söz-söhbət eşitməklə kifayətlənirlər. Heç bir turist xəritəsində tapa bilmədiyimiz bu yerlərin nə ilə məşhur olduqlarını başa düşməyə çalışacağıq. Narahat olmağa dəyməz, əgər məzuniyyət planlaşdırmısansa, o yerlərdən heç birinə gedə bilməzsən! Beləliklə, bəzilərinə hətta adi insanın ayağı dəyməyən yerlərin TOP-10-luğunu təqdim edirik:
1. Hava dağıVirciniya ştatındakı bu məxfiləşdirilmiş obyekt bütün dünyaya XVII-XVIII əsrlərin amerikalı rəssamları sayəsində məşhurdur. İndi bu rejimli obyekt fövqəladə hallarda ABŞ hökumətinin evakuasiya edilməsi üçün nəzərdə tutulmuş əsas yerlərdən biridir.
2. Metro-2
İlk olaraq qeyd edək ki, bu obyektin mövcudluğu hələ də sübuta yetirilməyib. Ehtimal edilir ki, Moskva metrosu ilə paralel xəttlərdə yerləşir, lakin Kremldən FTX-nin binasına və Rusiya paytaxtındakı digər əhəmiyyətli idarələrə tez çatmaq olar. Deyilənlərə görə, bu tikili Stalinin göstərişi ilə tikilib. Bu yer barəsində SSRİ-nin son illərində danışılmağa başlanıb.
3. 39-cu Otaq
Mövcudluğunun sübuta yetirməsi mümkün olmayan daha bir yer - 39-cu otaq Şimali Koreyanın hökumət binasında yerləşir. Ümumiyyətlə, KXDR barəsində nə isə demək yetərincə çətindir, belə ki, praktiki olaraq ölkə hələ də əcnəbilərin ziyarəti üçün əlçatmazdır. Lakin bu Otağın varlığı elə koreyalıların özləri üçün də tapmacadı. Deyilənlərə görə, orada amfetamin istehsal edilir, saxta dollar düzəldilir və insanlar üzərində eksperimentlər aparılır, silahın yei növləri sınaqdan çıxarılır.
4. Mejqorye
Yanukoviçlər ailəsinin iqamətgahı ilə səhv salmayın! Söhbət Başqırdıstanda şəhərdən gedir və bu şəhər "bağlı şəhərlər" kateqoriyasına aiddir. Şayiələr gəzir ki, Mejqoryenin əhalisi Rusiya hökuməti üçün bunkerin təhlükəsizliyi və qorunması üçün işləyir. Hansıki, Rusiyanın yüksək çinli məmurları nüvə müharibəsi olarsa bu bunkerdə gizlənə bilərlər. Guya bunkerdə raketin buraxılması üçün idarəedici punkt, , bitməz-tükənməz xəzinə və avtonom həyat üçün lazım olan hər şey var.
5. Şimali Sentinel Adası
Əsl ibtidai insanların yaşadığı az sayda yerlərdən biri. Ada rəsmən Hindistanın idarəçiliyində yerləşir, ancaq faktiki olaraq oradakı əhali barəsində demək olar ki, heç nə məlum deyil. Bu adanın əhalisinin sayı ilə bağlı hətta araşdırmaçılar fikir ayrılığındadırlar. Bəziləri adada 50, bəziləri isə 400-dək insanın yaşadığını iddia edirlər. Aborigenlər onların adalarına istənilən keçmək cəhdini aqressiv şəkildə qarşısını alırlar. Hesab edilir ki, sentinelstlər təbiətdən topladığı azuqə ilə qidalanırlar və hələ də ad əldə edə bilmirlər.
6. İlanlar adası
Turistlərin gedə bilməyəcəyi daha bir ada - Braziliyanın İlanlar adasıdır. Bu ad təsadüfi qoyulmayıb, orada sözün əsl mənasında ilanlar qaynaşır. Həm də bu ilanlar Yerin ən təhlükəli sürünən zəhərliləridir. Əhali sıxlığı - 6 kvadrat metrə 1 ilan düşür. Turistlər bir yana qalsın, hətta alimlər belə ora getməyə qorxurlar.
7. Surtsey adası
Bu vulkanik ada İslandiya sahillərində yerləşir. 1963-ci ldən 1967-ci ilədək püskürmüş vulkan nəticəsində dərinliklərindən qalxmış adadır. İslandiya sərt ekoloji qanunları məşhurdur və təəccüblü deyil ki, yeni ada onların yurisdiksiyasına düşüb: bu adaya kimsnin, eləcə də alimlərin getməsi qəti qadağan edilib. Səbəb: bu quru topasında təbii proqressin inkişafına müdaxilə etməməkdir. Bununla belə, orada adaya xas olmayan bitki - pomidor aşkarlanıb. Deyəsən, kimdə qadağanı pozub...
8. Vatikan arxivi
Kim bilir, Vatikanın məxfi arxivində nələr saxlanılır? Əsrlər ərzində ora giriş təmamilə qadağan olub. Yalnız 1881-ci ildən seçilmişlərə ora daxil olmağa icazə verilib. Hesab edilir ki, orada tam mənası ilə bütün dünyaya aidiyyatı olan sənədlər saxlanılır və bu əsassız deyil: foliantlarla dolu bütün rəflərin uzunluğu 83 kilometrdən çoxdur! Bir sözlə, hətta ora arzu edənlərin hamısını buraxsalar belə, şifrələrin tezliklə açılmasına ümid etmək olmaz.
9. Menvit Hill
Bu Böyük Britaniyada yerləşən dünyada monitorinqin ən böyük elektron stansiyasıdır. İlkin mərhələdə o ingilislər və amerikalılar tərəfindən Sovetlər İttifaqından məlumatlar tutmaq məqsədilə müştərək yaradılıb. Bu məlumatlar ittifaqçıların Varşava danışıqlarına ötürülürdü. SSRİ artıq yoxdur, ancaq stansiya o vaxtdan indiyədək genişlənir. Onu eyni zamanda ABŞ Milli Təhlükəsizlik Agentliyindən idarə edirlər.
10. 51-ci Zona
Məxfilik üzrə çempion - 51-ci Zona (Area 51). Yüzlərlə kitabda, filmlərdə və kompyuter oyunlarında tərənnüm edilmiş bu ərazi, yəqin ki, məxfilik simvoludur. Orada baş verən hər şey, heç vaxt açıqlanmayacaq. Bu obyektin ən geniş yayılmış təyinatı UNO və başqa planetlərdən gəlmişlərin öyrənilməsi, yeni silahların və uçan cihazların sınaqdan çıxarılmasıdır. 51-ci Zona Nevada ştatında səhralıqda yerləşir.