Amerikanın Miçiqan ştatında polis danışan tutuquşunu baş vermiş qətlin təhqiqat prosesinə danışan tutuquşunu cəlb etmək qərarına gəlib.
Qaziler.az xarici mətbuata istinadən bildirir ki, quş ailəli cütlüyün faciə ilə bitən mübahisəsinin şahidi olub.2015-ci ildə Martin Duram öz evində güllələnmiş halda tapılıb. Öldürülmüş şəxsin qohumları onun ölümündən qabaq arvadı ilə mübahisə etdiyini bildiriblər. Mərhumun arvadı göz altına alınıb. Bundan sonra tutuquşu həmin qanlı gündə ərlə arvadın işlətdikləri sözləri təkrar etməyə başlayıb. Bu sözlərin içərisində Martinin intonasiyası ilə "Cəhənnəm ol!", arvadı Qlennenin intonasiyası ilə "Hara gedim?" sözləri var. Üşüncü söz isə atəş açmamağa çağırışla bağlıdır.
Saxlanılan Qlenne haqqında ərini öldürməsi ilə bağlı ittiham irəli sürülüb.