Dağıstanda sürüyə şir çobanlıq edir - MARAQLI HADİSƏ

Dağıstanda sürüyə şir çobanlıq edir - MARAQLI HADİSƏ backend

Dağıstanda çobanlar görəcəkləri işin bir hissəsini köməkçiləri olan səkkiz aylıq dişi şirə etibar ediblər.

Son vaxtlar kəndə canavarlar dadanıblar. Gecə-gündüz növbə çəkilməsinə baxmayaraq onları fermanın yerləşdiyi ərazidən uzaqlaşdırmaq mümkün olmamışdı.

İndi isə qoyunlar təhlükəsizlik şəraitindədirlər. Çünki onları sərt çoban qoruyur. Çoban səkkizaylıq olsa da bu, ona 1000 baş sürünü idarə etməyə mane olmur.

Qaziler.az xarici mətbuata istinadən bildirir ki, Maşa adlı bu şiri fermer Bayrambek Rəhimov tapıb. O zaman Maşa bir aylıq imiş. Vəhşi pişiyə butılkadan süd verilmiş və o, quzularla bir yerdə saxlanmışdı. Çobanlar təbii ki, instinktin meydana çıxacağından qorxurdular.

Lakin dişi şir qoyunlarla oynayıb, sonra isə onlara göz olub. Veterinar baxışından sonra ona növbə cəkməyə icazə verilib. Beləliklə, Mariya qiymətli əməkdaşa çevrilib.


Diaspora