Başından güllə yarası alan fil özünü həkimə çatdıra bildi

Başından güllə yarası alan fil özünü həkimə çatdıra bildi backend

Zimbabvedəki Mana-Puls parkından olan yaralı fil kömək üçün veterinarın yanına gedib.

Az qala brokonyerlərin qurbanına çevrilən heyvan ölümdən qaça bilib. Lakin o, hələlik başındakı güllə ilə yaşamalı olacaq.

Qaziler.az xarici mətbuata istinadən bildirir ki, təbiəti müdafiə xidmətindən olan veterinarlar parkda "Yaraşıqlı" ləqəbli filin qayğısına qalıblar. Onun yarası müayinə olunub rentgen edildikdən sonra güllənin yerləşdiyi hissə dəqiqləşdirilib. Vəziyyətə uyğun olaraq qərara alınıb ki, "Yaraşıqlı" hələ 3 həftədən 6 həftəyə qədər bu gülləni başında gəzdirməli olacaq.

"Biz hesab edirik ki, fil parkın həndəvərində olarkən brakonyerlərin gülləsinə tuş gəlib və Mana-Pulsa qayıdaraq özünə sığınacaq axtarıb", - həkim Liza Marabini bildirib.

Başındakı yaradan başqa fil çiynindən də güllə yarası alıb.

25 yaşlı heyvan möcüzə nəticəsində sağ qalıb. Əgər güllə bir neçə santimetr aşağı atılsaydı beyinə dəyə bilərdi.
Diaspora