Fironun xəncərinin sirri

Fironun xəncərinin sirri backend

Qədim Misir fironu Tutanxamonun xəncəri Yerdə tapılmayan naməlum metaldan hazırlanıb.


İtaliyalı alimlərin fikrincə, Tutanxamonun sərdabəsindən tapılan 35 sm-lik xəncər Yer kürəsində olmayan metaldan hazırlanıb.

Qaziler.az-ın xarici mətbuata istinadən məlumatına görə, «Meteoritics & Planetary Science» jurnalında dərc olunan tədqiqat materialında bildirilir ki, xəncər həqiqətən də kosmik mənşəlidir, daha dəqiqi, meteorit dəmirdən hazırlanıb.

Bu isə qədim misirlilərin Dəmir dövründən əvvəl dəmirdən sənətkarlıq nümunələri hazırladıqlarını sübut edən faktdır.
Diaspora