Bu ölkədə məmurlara internet qadağan ediləcək

Bu ölkədə məmurlara internet qadağan ediləcək backend

2017-ci ilin may ayından başlayaraq Sinqapurda dövlət qulluqçularının iş kompüterlərində internetdən istifadə edilməsinə qadağa qoyulacaq. İKT.lent.az-ın “vistanews.ru” saytına istinadən məlumatına görə, bu onunla bağlıdır ki, hökumət dövlət qurumlarında təhlükəsizlik normalarını sərtləşdirmək niyyətindədir.


Belə tədbirləri Sinqapurun hakim elitası hökumətin əsas problemi olan təhlükəsizliyə qarşı tətbiq etmək məqsədilə, əsasən də elektron poçt xidmətləri vasitəsilə göndərilən şəxsi və xidməti məlumatların sızmasının qarşısını almaq üçün planlaşdırır.

Ancaq bununla belə, məmurlara heç bir sirr və məlumat daşımayan şəxsi portativ cihazlarla internetdən istifadə icazəsi veriləcək.

Təhlükəsizliyin sərtləşdirilməsi proqramı çərçivəsində əlavə tədbirlərdən biri də xüsusi terminalın yüklənməsi olacaq. Bu terminallar yüksək səviyyədə müdafiəyə malikdirlər və əməkdaşların bura çıxışı olacaq.
Diaspora