Mask: “Üç ildən sonra pilotsuz avtomobillər erası başlayacaq”

Mask: “Üç ildən sonra pilotsuz avtomobillər erası başlayacaq” backend

“Tesla” və “SpaceX” şirkətlərinin yaradıcısı İlon Mask (Elon Musk) sürücüsüz idarə olunan avtomobil yaradılması probleminin artıq öz həllini tapdığını söyləyib. İKT.lent.az-ın “Bloomberg”ə istinadən verdiyi məlumata görə, E. Mask bildirib ki, 3 ildən sonra əksər avtomobillər sürücüsüz hərəkət edəcək: “Mən pilotsuz avtomobil problemini əsasən həll olunmuş sayıram”.


Amerikalı dahinin fikrincə, 2 ildən sonra avtomobillərin sürücüyə ehtiyacı qalmayacaq. Daha 1 il isə tənzimləyici sənədlərin qəbulu üçün lazımdır.

E. Mask 2025-ci ilə qədər insanların Marsa uçacağına dair proqnozunu da təkrarlayıb.
Diaspora