Dişi sərçənin yuvanı uzunmüddətli tərk etməsindən şübhələnən erkək sərçə öz "həyat yoldaşı"nı buna görə cəzalandıra bilir.
Qaziler.az xarici mətbuata istinadən bildirir ki, britaniyalı ornitoloqlar erkək sərçələrin öz taylarının onlara xəyanət etdiyini başa düşdükləri qənaətinə gəliblər.Sərçə cütlüyü monoqam olur, lakin dişi sərçə yuvadan uzunmüddətli uzaqlaşdıqda erkəkdə aldadılması haqda şübhə yaranır və öz tayını cəzalandıra bilir.
Ornitoloq komandası 12 il ərzində Bristol körfəzindəki Landi adasında 200 erkək və 194 dişi sərçəni müşahidə etmiş, hər bir quşun DNK profilini yazmış və onların nəsil tarixini izləmişlər.
Həkim Şreder dəqiqləşdirib ki, erkək sərçələrin məhsuldarlıq dövründə yuvanı tez-tez tək edən taylarına münasibəti dəyişir: məsələn, aldadılmış sərçə yuvadakı bala quşların yem təchizatını xeyli azaldır.
Tayının sədaqətli olduğuna əmin olan erkək sərçə isə daha çox çalışır ki, ailəsini yaxşı yemləyə bilsin.