Britaniyalı aktyor, rejissor, prodüser və ssenarist Armando İanuççi keçmiş sovet lideri İosif Stalin haqda film çəkmək niyyətindədir. Musavat.com-un məlumatına görə, bu barədə “The Hollyood Reporter” xəbər yayıb.
Müasir Böyük Britaniyanın baş telesatiriki, atasından qalma qeyri-tipik soyadlı şotland bu barədə Londonda, Britaniya Kino İnstitutunda keçirilən tədbirdə bildirib.2009-cu ildə ekranlara çıxan “İlgəkdə” siyasi satirik filminin rejissoru kimi İanuççi böyük sovet liderinin həyatı yox, ölümü barədə kinolent çəkmək istəyir.
Britaniyalının əvvəlki işləri kimi, bu film də komediya janrında çəkiləcək.