Zəkalı insanlar niyə kasıb olurlar?

Zəkalı insanlar niyə kasıb olurlar? backend

Məktəb və ali təhsil müəssisələrində öz ağlı və savadı ilə seçilənlər sonradan iş həyatında, biznesdə, pul qazanmaqda, karyera nərdivanında irəliləməkdə əhəmiyyətli uğur qazana bilmirlər.

Çünki zəkalı insanlar öz karyeralarını sabotaj edirlər.
Bəli, doğrudan da onlar öz karyeralarında təxribatçılıq edirlər. Bu qorxulu ənənə əsasən postsovet ölkələrində qalmaqdadır. Məhz burada sosial və işgüzar sahələrdə “üçalanlar ” sükanı öz əllərində saxlayır, “ əlaçılar ” isə azgəlirli, ştatlı işlə kifayətlənə bilirlər.

Bunun 7 əsas səbəbi var.

1. Zəkalı adamlar çox düşünür, az iş görürlər

Bir işi görməzdən qabaq hər şeyi ətraflı düşünmək, götür – qoy etmək çox vacibdir. Lakin əksər vaxtlarda bu hazırlıq çox vaxt aparır və iş görmək üçün az vaxt qalır. İnkişaf var, nəticə isə yoxdur.

Müalicə metodu: prosesləri deyil, nəticələri cəmləyərək fikirdəki lazımsız düşüncələri beyindən tullamaq və enerjini məsələnin həllinə yönəltmək lazımdır.

2. Onlar da başqaları kimi hərəkət edirlər

Zəkalılar uşaqlıqda sözəbaxan və yaxşı uşaq olur, hər zaman dərslərində və yaradıcı əməklərində böyükləri sevindirməyə çalışırlar. Ona görə də həyatda nə ilə məşğul olmaq istəyindən daha çox, özünü hansı işdə təsdiq edə bilərsənsə onu düşünmək lazımdır. Lakin ağıllılar yoxlanılmış, ləyaqət tələb edən və artıq məlum olan yolla gedirlər. Və yaxud böyüklərin dediklərinə əməl edirlər. Lakin unutmaq olmaz ki, yaradıcılıqda maraq və məmnunluq olmayan heç nə uğura aparmır.

Bundan başqa, nisbətən müvəffəqiyyət qazanmış insanın etdiyi işi görməklə düzgün olmayan qərar qəbul etmək minimum olaraq səhvə yol vermək riskini artırır. Bu isə onlar üçün özünü yeni ampulada sınamaqdan daha xoşdur.


3. “Əllərini aşağı salırlar “

Çox zaman bu insanlar müəyyən uğur əldə edən kimi növbəti yaradıcılıq işinə öz maraqlarını itirir, işdə yeni mərtəbəyə ucalmaq məsələsinə biganə yanaşırlar və “olan ”a öz güclərini sərf edirlər. İntellektual sahədə bu inkişaf davam edir, bu zaman ağıllı rəqiblər özlərini praktikada sınamağa çalışaraq yeni uğurlara çatır və təcrübə nəticəsində zəkalıları ötüb keçirlər. Nəticədə “əlaçı “ “ üçalan” a uduzur. Bu, klassikadır.


4. Zəkalılar sosial əlaqələrdə imtiyazı qiymətləndirmirlər

Bir çox intellektlər anlamırlar ki, onların ağlı elə bir alətdir ki, onun köməyi ilə çox nailiyyətlərə çatmaq olar, lakin o, əsas faktor deyil.

Elə buna görə də zəkalı insanlar münasibət qurmağı bacaran, lazımi əlaqə yarada bilən, yeni tanışlıqlara can atan, özünü daha yaxşı tanıtmağı və satmağı bacaran sinif yoldaşlarına və həmkarlarına çox zaman uduzurlar.

5. Mənim düzgünlüyüm hər şeydən üstündür

Bir çox intellektlər özlərinin inkişaf etmiş idrakları, sarsılmaz düzgünlükləri ilə hər dəfə eyni tələyə düşürlər.

Prinsipcə, bu yaxşıdır. Lakin nə qədər ki, intellektlər əşyalara qarşı öz fikirlərini qorumağa başlamırlar onlar heç nəyi tam anlaya bilməyəcəklər. Hələliksə, əsasən də əgər mübahisə işlə və taleyüklü suallarla bağlıdırsa problem qaçılmazdır.

6. Ağıl və təhsil hələ tam uğur deyil

Təhsildə cəmlənmiş bir çox kamallılar hesab edirlər ki, bilik və yaxşı diplom onlara həyata başlamağa start verir. Əslində isə işə qəbul zamanı ən ağıllı və savadlı namizəd deyil, kimin ki praktik təcrübəsi, standart olmayan təfəkkürü və lazımi əlaqələri varsa onlar seçilirlər.

7. Müstəqillik
Kamallı insanlar çox vaxt kollektivdən ayrı , müstəqil olurlar.
Əslində isə işdə və biznesdə arxa –dayaq, lazımlı vaxtda lazımlı məsləhət və məxsusi informasiya həmişə vacibdir. Bizim əsr korporasiya əsridir. Ona görə də öz çevrəsini yaratmış uğurlu insanlara etinasız yanaşmağa ehtiyac yoxdur.
Diaspora