Diqqət edilməli əlamətlər

Diqqət edilməli əlamətlər backend

Həyatımız boyu bəzən hansısa işi görmək istəyəndə inandığımız bir çox əlamətlərə görə o işi görməkdən imtina edirik.

Qadağa bir tərəfdən hansısa əlamət qorxusundan olsa da digər tərəfdən yaşlı nəslin bunlara ehtiyatlılı yanaşmasından irəli gəlib. Ancaq bu qadağanın nədən qaynaqlandığını heç kim izah edə bilmir. Bəs niyə olmaz?

40 yaşı qeyd etmək

Qırx yaşın yubileyini qeyd etmək “ qəbuledilməz “ sayılır. Bu ənənənin çox qədim kökləri var. Qədim zamanlarda ölən insanların çürüdüyünü yoxlamaq ənənəsi mövcud olub. Həmin dövrdə ölümdən 40 gün sonra məzarı yoxlayırdılar. Əgər cəsəd çürümürdüsə onu müqəddəs hesab edirdilər. Bu ənənə zaman keçdikcə dəyişdi. İnanca görə ölən şəxsin ruhu 40 gün dünyanı dolaşır və yalnız bu müddətdən sonra sakitləşərək o biri dünyaya yollanır. Bununla əlaqədar olaraq ölən şəxsin qohumları 40 gündən sonra anım mərasimi təşkil edirdilər. Ona görə də 40 yaşı qeyd etmək yaxşı əlamət sayılmır. İnama görə bu tarixi qeyd edən insan sanki ölümə çağırış edir və bu da yaxşı nəticələnməyə bilər.

Gecələr zibil atmaq

Qədimlərdə hər ailə özünün evində damdabacanın (ona ev əyəsi də deyirlər –red.) olduğuna inanırdılar. Damdabacanın yemək yeməsi üçün zibil gecə evdə qalmalıdır. Gecə zibil atmaq evdən pul atmaq kimi dəyərləndirilirdi. Ailədəki auranı pozmamaq üçün bu əlamətə neqativ yanaşmaq lazım deyil.

Hörümçəkləri öldürmək


Qədim dövrlərdə hörümçək yaxşı əlamət sayılır. Əgər insanın üstünə hörümçək enərsə həmin adamın yaxın zamanlarda varlı olacağını güman edirdilər. Hörümçək həmişə uğur gətirən həşərat hesab edilib. Evdə hörümçəyin görünməsi xəbər alınacağı deməkdir. Özünə sağlamlıq arzulayan insanlar hörümçəyə toxunmurdular. Pul gətirən həşərat isə balaca qırmızı hörümçək sayılır. Güman edilir ki, o cibə qoyularsa cib həmişə pulla dolu olar. Düzdür, hörümçək psixoloji qorxunun mənbəyidir, lakin onu öldürməyə dəyməz. Hörümçək insanın düşməni deyil.

Pul kisəsində şəkil gəzdirmək


Bir çoxları pul kisəsində əzizlərinin şəklini saxlayırlar. Hesab edilir ki, bu, pul kisəsində şəkli saxlanan insanın aurasına neqativ təsir göstərir. Hətta sizin əzizlərinizin başına tədricən pis hadisələr də gələ bilər və bundan xilas olmaq çətin olar.

Həmçinin hesab edilir ki, bu fotolar ala biləcək pulunuzun qarşısını kəsən enerjiyə çevrilə də bilər. Əgər öz əzizlərinizi çox sevirsinizsə onların şəklini iş masasına qoyun. Bu daha yaxşıdır.


Saat bağışlamaq


Çində hesab edilir ki, saat bağışlamaq – dəfnə dəvət etmək deməkdir. Rusiyada isə bu ənənə başqa cürdür; saat bağışlamaq uzun və ya həmişəlik ayrılığa yozulur. Hesab edilir ki, saat işlədiyi müddətdə siz həmin şəxslə ünsiyyətdə olacaqsınız, saat dayanarsa sizin münasibətləriniz də sona çatar. Bütün variantlarda bu sualın bir cavabı var: saat uğurlu hədiyyə sayılmır.
Diaspora