Lenin özünə niyə bu ləqəbi götürmüşdü?

Lenin özünə niyə bu ləqəbi götürmüşdü? backend

Bu gün proletariatın rəhbəri Vladimir İliç Leninin də döğum günüdür.

Soyadı Ulyanov olan inqilabçı "Lenin” ləqəbini haradan götürmüşdü?

Qaziler.az Rusiya mətbuatına istinadən bildirir ki, bu, çay adından və ya real insan adından götürülmüş ola bilər.

İnqilabçının həyat yoldaşı Nadejda Krupskaya qeyd etmişdi: “Güman etmək olar ki, ləqəb təsadüfən götürülüb və deyəsən hələ bir dəfə Plexanov da Volqin ləqəbi ilə
yazmışdı”.

Sonralar tarixçilər başqa versiya üzərində dayanıblar: XIX əsrin axırı XX əsrin əvvəllərində xaricdə olarkən marksist hesab edilən keçmiş mülki müşavir Nikolay Leninin övladları konsperasiya üçün atalarının pasportunu guya Vladimir Ulyanova veriblər.

Xatırladaq ki, Ulyanov N.Lenin ləqəbindən ilk dəfə 1901-ci ildə istifadə etmiş, sonradan ləqəbdəki N. inisialını atıb.
Diaspora