Robot ilan yaradıldı

Robot ilan yaradıldı backend
Norveçin “Kongsberg Maritime” şirkəti suyun altında üzməyi bacaran və ilana oxşayan yeni robotu təqdim edib.

İKT.lent.az-ın şirkətin rəsmi saytına istinadən məlumatına görə, robot dəniz dibində araşdırma aparmaq və dənizdə avadanlıqların təmiri üçün istifadə olunacaq.

“Eelume” adlanan robotun yaradılması üzərində 10 il iş gedib. Robot-ilan dəniz mühitinin tədqiqatı zamanı istifadə olunan iri və bahalı aparatları əvəz edəcək. Özünün elastikliyi və möhkəmliyi sayəsində robot ən çətin obyektlərə qədər üzə bilir. O, idarəetmə pultu vasitəsilə uzaqdan tənzimlənir, müəyyən sahəni işıqlandıra bilir, baş verənlərin videosunu çəkir.

Əlavə olaraq, ilan-robot klapanları bərkitməyi və bənd qoymağı da bacarır.

Yaradıcılar ümid edir ki, onların ixtirası sualtı axtarış xidmətlərinin göstərilməsində xərcləri azaltmağa kömək edəcək.

Diaspora