"Arktikanın buz təbəqəsinin qalınlığı maksimum səviyyədə azalıb".
Qaziler.az-ın məlumatına görə, ATV.az xəbər verir ki, amerikalı mütəxəssislər həyacan təbili çalıb. Onların sözlərinə görə, Şimal Buzlu okeanda temperatur orta göstərici ilə müqayisədə 3 dərəcə artıb. Üstəlik, gələcəkdə buzun təbəqəsi istixana qazı tullantıları və qlobal istiləşmə nəticəsində daha da əriyəcək. Bildirilir ki, martın əvvəllərinə olan hesablamalara görə, Arktikada buz qatının ümumi sahəsi 15 milyon km-dən çoxdur. Halbuki sonuncu yüzilliyin əvvəllərində onun sahəsi indikindən 7 faiz çox idi.Alimlər əmindir ki, təxminən 50 ildən sonra bəşəriyyət istixana qazı tullantılarının və qlobal istiləşmənin təsirlərini hiss etməyə başlayacaq.