Həkimlər xəbərdarlıq ediblər ki, Aşa Mandelanın 19 kq-lıq saçları onu şikəst edə bilər.
Buna baxmayaraq qadın bildirib ki, o, heç vaxt saçlarını qısaltmayacaq.Qaziler.az xarici mətbuata istinadən bildirir ki, Corciya ştatının Atlanta şəhərindən olan 50 yaşlı Aşa Mandela 17 metr uzunluqda olan saçlarından danışarkən deyib: “Mənim saçlarım mənim həyatımdır. Mən onları heç vaxt kəsdirməyəcəm. Saçımı kəsdirmək mənimçün intihara bərabər olar “.