Dünyanın ən balaca və 3 təkərli avtomobili

Dünyanın ən balaca və 3 təkərli avtomobili backend

Dünyanın ən balaca və 3 təkərli avtomobili ilk dəfə 60-cı illərdə istehsal edilib. “Peel P50” adlandırılan bu maşına yalnız bir adam yerləşib və çox az yük qoymaq mümkün olub.

Avtomobilin çəkisi 59 kq, uzunluğu 137, eni isə 104 santimetr olub. 64 km/saat sürətlə hərəkət etmək iqtidarında olan “Peel P50”nin yanacaq sərfiyatı 100 km üçün 2,5 litr təşkil edib. Maşında arxaya hərəkət etmək funksiyası olmadığından bu hərəkəti yalnız əllə yerinə yetirirdilər. İlk olaraq bu avtomobildən 100 ədəd istehsal olunub. Lakin nəqliyyat vasitəsinin satışı aşağı olduğundan və insanlar tərəfindən ciddi qəbul edilmədiyi üçün istehsal dayandırılıb. 2010-cu ildən Böyük Britaniya “Peel P50”nin istehsalını bərpa edib və bu gülməli görüntüyə malik avtomobil yeni müasir görünüşlə əvəzlənib. Müasir versiyanın iki - həm dizel, həm də elektrik forması hazırlanıb. Hazırda bu avtomobilin qiyməti 11 000 avrodur və çox yüksək satışa malikdir.
Mənbə: Avtolent.az
Diaspora