İnsanlara örnək ola biləcək heyvan dostluğu

İnsanlara örnək ola biləcək heyvan dostluğu backend

O, altı gün ərzində küncdə oturaraq yeməkdən imtina edib.

Çox az adam bilir ki, heyvanlara kömək edən könüllülər yalnız itləri və pişikləri xilas etmirlər. Bu çarxda onlar tərəfindən xilas edilən Mister Ci adlı keçinin unikal tarixçəsindən söhbət açılır. Bu yazıq heyvan dörd il ərzində darısqallıqda, qəddar və etinasız sahibinin yanında yaşayıb.

Cinin yeganə yoldaşı isə Marmelad adlı uzunqulaq olub. Keçən müddət ərzində bu dördayaqlılar heç kimin ağlına gəlməyəcək dərəcədə bir-birinə bağlanıblar. Lakin uzunqulaqla keçi azad edilərkən onlar ayrı-ayrı sığınacaqlara göndəriliblər.

Cini yeni evə gətirən könüllülər onun rəftarına heyrət ediblər: heyvan gətirildiyi altı gün ərzində yeməkdən imtina edib. İnsanlar keçinin kədərinin mümkün səbəbini başa düşdükdən sonra dostları birləşdirirlər, heyvan dərhal dəyişir.

Qaziler.az xarici mətbuata istinadən bu maraqlı çarxı təqdim edir:



Marmeladın furqondan düşürüldüyünü eşidən Ci son altı gündə ilk dəfə olaraq ayağa qalxaraq qapıya doğru qaçıb. Heyvanların görüşündən yarım saat keçməmiş keçinin kədərindən əsər-əlamət qalmayıb.
Diaspora