Alimlərin fikrincə, ən qədim bəzək əşyası neandertal dövrə aiddir. Xorvatiya ərazisindən tapılmış bu cilalanmış qartal caynağından düzəldirilmiş bəzək əşyasının 130 min il yaşı var.
Qazilər.az saytının Lenta.ru - ya istinadən bildirdiyinə görə hələ 100 il bundan əvvəl Xorvat şəhəri olan Krapinadakı neandertal insanlara aid edilən yaşayış məskəni ətrafından ağquyruq qartalın səkkiz caynağı tapılmışdı. Xorvatiyadan və ABŞ –dan olan alimlər 2013 –ü ildə əsaslı surətdə bu caynaqların cilalandığını müəyyənləşdiriblər. Həmçinin dörd caynaqda kəsik aşkar edilib. Bu kəsiklərə əsasən alimlər bu qənaətə gəliblər ki, bu caynaqlar qartalın ayaqlarından çıxarıldıqdan sonra kəndirə və ya vətərə keçirilib. Beləliklə, alimlər bu qənaətə gəliblər ki, qədim insanlar bunlardan qolbağ və həmayil kimi istifadə ediblər.Bu qədim bəzək əşyası dünya paleontologiya tarixininə aiddir. Bunun indiki insanın əcdadlarının qitədə meydana gəlməsindən 80 min il əvvəl hazirlanması neandertal insanın mədəniyyətinin, simvolik təfəkkür qabiliyyətinin olduğunu birmənalı şəkildə sübut edir.