Putinin kabinetindəki qeyri-adi qurğu

Putinin kabinetindəki qeyri-adi qurğu backend

Vladimir Putinin martın 14-də müdafiə naziri Sergey Şoyqu və xarici işlər naziri Sergey Lavrovla görüşü barədə videoreportaj zamanı Rusiya prezidentinin kabinetində qeyri-adi qurğu gözə dəyib. İKT.lent.az-ın “hi-tech.mail.ru” saytına istinadən verdiyi məlumata görə, ekspertlər həmin qurğunun “Dezar-7” şüalandırıcısı olduğunu müəyyənləşdiriblər.


“Dezar-7” qapalı tipli şüalandırıcı-resirkulyatordur. Bu aparatda virusları, bakteriyaları, göbələkləri və digər zərərli mikroorqanizmləri öldürən ultrabənövşəyi şüalar quraşdırılıb. Bu texnika qrip, tuberkulyoz, difteriya, atipik pnevmoniya və digər infeksiyaların yayılmasının qarşısını alır. Cihazı istənilən qapalı məkanda istifadə etmək mümkündür. O, havanı təhlükəsiz etməklə bərabər xoşagəlməz qoxuları da aradan qaldırır.



V. Putinin gün ərzində müxtəlif insanlarla görüşməsinə, tez-tez toplantılar keçirməsinə baxmayaraq, soyuqdəyməyə, qripə yoluxmaması məhz bu qurğudan istifadə etməsinin nəticəsi kimi qiymətləndirilir.
Diaspora