Hitlerin bacısı qızı ilə olan QALMAQALLI SEVGİSİ

Hitlerin bacısı qızı  ilə olan QALMAQALLI SEVGİSİ backend

Adolf Hitlerin şəxsiyyəti geniş müzakirə tələb edir: milyonlarla insanı vəhşicəsinə məhv edən, antihumanist nasizm ideyalarını inkişaf etdirən bu insan qadın qəlbinin bilicisi və eyni zamanda, qadın düşkünü kimi məşhur olub.

Qaziler.az Rusiya mətbuatına istinadən tiranın bir sevgi hekayətini oxuculara təqdim edir.
Maraqlıdır ki, bu gözəl cinsə münasibətdə təcavüzkarlıqdan, qəddarlıqdan, təkəbbürdən əsər-əlamət də qalmırdı: o, bu zaman çox nəzakətli və ədəbli olurdu.
Onun “Don Juan siyahısı”nda kifayət qədər ad var idi. Lakin onların içərisində ən qalmaqallısı fürerin qohumu Geli Raubal ilə olan sevgi romanıdır.

Angelika Raubal (qızın tam adı belə olub) Hitlerin qan qohumu olmayıb: o, fürerin ögey baçısı Angela Raubalın qızı idi. Geli “dayı”sından 19 yaş kiçik olub. Onların ilk epizodik görüşü 1925-ci ilə təsadüf edir. Bundan bir neçə il sonra Hitler bacısından onun yanına köçərək evində təsərrüfat müdirəsi olmağı xahiş edir. Angela gəlməyə razılıq verir və özü ilə birlikdə qızları Fridl və Gelini də gətirir.


Geli o vaxt 20 yaşında idi. Qız vokalla məşğul olur və ciddi-cəhdlə opera müğənnisi olmaq istəyirdi. O, səmimi qəlbdən inanırdı ki, dayısı ona bu cəhətdən himayədarlıq edəcək. Opera səhnəsini fəth edə bilməyən bu qız əvəzində fürerin ürəyini ələ almağı bacarır. Hitler onun gözəlliyinin qarşısında demək olar ki, başını itirirdi.
Heli onu hər yerdə: tədbirlərdə və partiya görüşlərində müşayət edirdi.


Bəzi məlumatlara görə, Geli müəyyən müddət fürerin sürücüsü Emil Morislə sevgi yaşayıb. Adolf qısqanır və onun bu “sərbəstliy”ini bağışlamaq istəmirdi. Ümumiyyətlə isə, cütlük münasibətlərin qızğın aydınlaşdırılması cəhətdən məşhur olublar.

Müəyyən vaxtdan sonra Adolf Hitler öz sevgilisi ilə bir yerdə yaşamaq qərarına gəlir və onlar Prinsregentştrasa köçürlər. Buradakı 9 otaqdan biri qıza məxsus olur.

Geli Raubal ilə bu cür əlaqəni Hitlerin partiyadaşları bəyənmirdilər. Hətta əsl ari ailəsi nümunəsi göstərmək üçün nikahı rəsmiləşdirmək xahişi ilə fürerə müraciət etmişdilər. Hitler isə Geli ilə nikaha girmək fikrində deyildi. “Qohumluq” əlaqəsinin olmasına baxmayaraq bu, sona qədər baş vermədi.

Bu romantik tarixçənin finalı 18 sentyabr, 1931-ci ildə olur. Qızı həmin gün öz otağında güllələnmiş vəziyyətdə tapırlar. Rəsmi səbəb kimi intihar göstərilsə də bir çoxları bu ölüm hadisəsində Himlerin killerlərinin əli olduğunu zənn edirlər. Hadisə ərəfəsində Hitler və Raubal uzun zaman öz münasibətlərini aydınlaşdırmağa çalışıblar. Qız hətta sevgilisini tərk edərək Vyanaya qayıtmağı və yenidən musiqi ilə məşğul olmağı düşünürmüş. Tarixçilər güllələnən zaman onun Hitlerdən hamilə olduğunu da bildirirlər.


Ədalət naminə qeyd edək ki, fürer onun ölümünü çox çətin yaşayıb: yemək-içməkdən imtina edərək depressiyaya düşüb və hətta, intihara da cəhd edib. Gelinin xatirəsini əbədiləşdirmək üçün onun büstünü və portretini sifariş edib.

Geli Adolf Hitlerə ərə gedə bilmədi. Fürerin bir günlük də olsa qanuni arvadı olmaq Yeva Brauna nəsib oldu.
Diaspora