Cenevrə beynəlxalq avtosalonunda dünyanın ən sürətli avtomobili sayılan yeni “Bugatti Chiron”un təqdimatı keçirilib.
Trend xarici KİV-lərə istinadən xəbər verir ki, “Bugatti Veyron”un xələfi olan “Bugatti Chiron” 1500 at gücündə, 8 litrlik W16 kvad-turbo mühərrikə malikdir.Yeni avtomobil 100 km/saat sürəti 2,5 saniyəyə, 300 km/saat sürəti isə 15 saniyəyə yığa bilir. Avtomobilin maksimal sürəti isə 500 km/saatdır.
“Bugatti Chiron”un qiyməti 2,4 milyon avrodur.






