2040-cı ildə dünyada elektromobil satışı 41 milyon ədədə çatacaq

2040-cı ildə dünyada elektromobil satışı 41 milyon ədədə çatacaq backend

“Bloomberg New Energy Finance” analitik şirkətinin mütəxəssisləri tərəfindən aparılan araşdırma göstərib ki, 2040-cı ildə dünya yollarında nəqliyyat vasitələrinin dörddə biri elektromobillər olacaq.


İKT.lent.az-ın “Bloomberg New Energy Finance”nin hesabına istinadən məlumatına görə, 2015-ci ildə təxminən 462 min müxtəlif növ elektrik avtomobili istehsal olunub. Bu isə 2014-cü ilin göstəricisi ilə müqayisədə 60 faiz çoxdur.

Proqnozlara görə, 2040-cı ildə elektromobil satışı 41 milyon ədədə çatacaq və 2015-ci ilin göstəricisini təxminən 90 dəfə üstələyəcək.

Elektrik ötürücülü nəqliyyat vasitələrinin təşviq edilməsinə səbəb akkumulyator batareyalarının qiymətinin aşağı düşməsi olacaq. Belə ki, litium-ion akkumulyatorlarının qiyməti 2010-cu ildən bu yana 65 faiz ucuzlaşıb və hər 1kVt/saat həcminə görə 350 ABŞ dolları olub. Gözlənilir ki, 2030-cu ildə bu cihazların hər kVt/saatına görə qiyməti 120 dollara enəcək. Yeni texnologiyaların tətbiqi sayəsində qiymətlərin bundan sonra da aşağı düşməsi davam edəcək.

“Bloomberg New Energy Finance”nin mütəxəssisləri güman edir ki, artıq 2025-ci ildə elektromobilləri sahiblərinin ümumi dəyəri, hətta neftin qiymətinin aşağı olması şərtlərinə baxmayaraq, hazırda benzin və ya dizel mühərrikli avtomobillərin qiymətindən də aşağı olacaq.
Diaspora