“Samsung” 3 ayda 17 milyon “Galaxy S7” və “S7 Edge” istehsal edəcək

“Samsung” 3 ayda 17 milyon “Galaxy S7” və “S7 Edge” istehsal edəcək backend

Bu ilin fevral-aprel ayları ərzində “Samsung” şirkəti istehlakçı tələbatını təmin etmək məqsədilə 17 milyon ədəd “Galaxy S7” və “Galaxy S7 Edge” istehsal edəcək. İKT.lent.az-ln “Fudzilla” portalına istinadən məlumatına görə, bundan sonra istehsal həcmi mütəmadi olaraq azaldılacaq.


Fevral ayında şirkət 5 milyon ədəd cihaz istehsal edib. Mart ayında 7,7 milyon ədəd, apreldə isə 4,5 milyon ədəd cihaz istehsal edəcək. Sonradan istehsalın həcmləri azalacaq. Çünki ən yeni cihazlara satışa çıxarıldığı ilk bir neçə ay ərzində tələbat yüksək olur.

“CounterPoint Research” və “Hana Financial Investment” analitik şirkətinin mütəxəssislərinin şəbəkədə dərc etdikləri məlumata əsasən, “Galaxy S6” smartfonunun satışa çıxdığı ilk üç ayda 15,8 milyon ədəd texnikanın satışı həyata keçirilib. Bu müddət ərzində isə 15,2 milyon ədəd “Galaxy S4” cihazı satılıb.
Diaspora