Çinin paytaxtı Pekin dünya milyarderlərinin paytaxtı olub. Axar.az xəbər verir ki, bu barədə informasiya “Hurun” təşkilatının hesabatında yer alıb. Hesabata əsasən, Pekində keçən il milyarderlərin sayı 95-dən 100-ə qalxıb. Təşkilat həmçinin dünyada ən çox milyarderi olan ölkələr siyahısına Çin, ABŞ və Hindistanın rəhbərlik etdiyini bildirib.
Qeyd edək ki, hazırda dünyada sərvəti 1 milyard dolları aşan 2188 insan yaşayır. Onlardan 47-nin yaşı 40-dan aşağıdır.