"Google" şirkəti bir il əvvəl fəaliyyətə başlayan "Compare" ticarət xidmətini bağlamaq qərarına gəlib. İKT.lent.az-ın xəbərinə görə, bu barədə "The Wall Street Journal" öz mənbələrinə istinadən məlumat yayıb.
Sayt ABŞ-dan olan istifadəçilərə kredit kartları, ipoteka və digər sığortalarla bağlı xidmətləri müqayisə etmək imkanı verir.
Xidmətin fəaliyyətini dayandırmaq "Google"un "Alphabet Inc." bölməsinin istehlakçıları maliyyə alətləri ilə təmin etmək sahəsində uğursuzluğu kimi qiymətləndirilir.