Tomas Edison ölülərlə əlaqə telefonu icad etmək istəyib

Tomas Edison ölülərlə əlaqə telefonu icad etmək istəyib backend

Fransada Tomas Edisonun işıq üzü görməmiş memuarları dərc olunub. Bu memuarların məzmunundan bəlli olur ki, o, ölülərin səsini eşidə bilmək üçün cihaz hazırlamağa cəhd edibmiş. Qazilər.az saytı rusiya mətbuatına istinadən bildirir ki, bu məlumat Tomas Edisonun ölümündən 17 il sonra – 1948 –ci ildə “Diary and Sandry Observations“ (“ Gündəlik və rəngarəng müşahidələr” ) kitabında öz əksini tapmışdı. Lakin o zaman ingilis dilində olan bu nəşrdə sözügedən mətn məlum olmayan səbəbdən cıxarılıbmış.

Ona görə də bu məlumat geniş yayıla bilməyib. İndi həmin məlumat fransızca tərcümədə “Le Royaume de I Au –dela” (“ Krallığın axirət həyatı”) kitabının bir hissəsi kimi çap edilib. Mətn fransız filosofu və radio aparıcısı Filipp Baduenin şərhləri ilə verilib. Burada 1870 - ci ildə Edison tərəfindən icad olunmuş fonoqrafın (qrammafonun əcdadı) səs gücləndiricisində onun ölən şəxsin səsini yazmağa cəhd etməsi təsvir olunur. O, hətta, mühəndis Uilyam Uolter Dinuddi ilə birinci kim ölərsə sağ qalana informasiya ötürməyə çalışacaqları haqda müqavilə də bağlamışdı. Edisonun fikrincə, xəyal mövcuddur və o, danışmağı sevir. Deməli, müvafiq qurğu bu söhbəti yaza da bilər.

Xatırladaq ki, Tomas Edisonun fonoqrafının Avropada ilk ictimai nümayişi 11 mart, 1878 –ci ildə Fransa akademiyasının iclasında nümayiş olunub.

Diaspora