Onun əri çoxdan vəfat etsə də gül göndərməyə davam edir - ÖLMƏYƏN SEVGİ

Onun əri çoxdan vəfat etsə də gül göndərməyə davam edir - ÖLMƏYƏN SEVGİ backend

Dünyada baş verən siyasi proseslər, müharibə dəhşətləri haqdakı xəbərlərdən, qayğılardan fikrən uzaqlaşmağa bəzən hər kəsin ehtiyacı olur.

Qaziler.az xarici mətbuata istinadən hər insanı mütəəssir ola biləcək bir sevgi tarixçəsini təqdim edir.

Şelli Qoleyin ərinə dioqnoz qoyulur: beyində bədxassəli şiş.

Cim onun bütün həyatının sevgisi olub. O, həyatdan 2014-cü ildə köçmüşdü və 2015-ci ildə Sevgi Günündə Şelli artıq heç nə gözləmirdi.

O. fikirləşirdi ki, ərindən yalnız xatirələr qalıb. Lakin həmin gün qapı döyüldü.

Qapının astanasında... gül gətirən dayanmışdı və gül dəstəsinin üstündəki açıqcada yazılmışdı ki, çiçəklər Cimdəndir. Qadın ilk əvvəl fikirləşir ki, bu, övladlarının sürpirizidir. Lakin sonradan inanılmaz, insan qəlbini riqqətə gətirən həqiqəti öyrənir.

Sən demə, Cim sağlığında gül dükanı ilə hər il Sevgililər Günündə arvadı ölənə qədər ona gül dəstəsi aparılması haqda razılığa gəlib. “O, çox qeyri-adi insan idi, mən təsəvvür edə bilmirəm ki, onun sevgisinin sərhəddi var idimi“ - gözü yaşlı qadın xatırlayır. - “Sevgidə sərhəd yoxdur. Hətta ölüm də onu dayandıra bilmədi. Və mən onun sevgisinin şahidi kimi ömrümün sonuna qədər hər il gül dəstəsi alacam“.

Şelli mağaza ilə əlaqə saxladıqda onlar təsdiq ediblər ki, doğrudan da bu çiçəklər onun ərindəndir. Əməkdaşlardan biri isə etiraf edib: ”Bütün personal o hərəkətə çox mütəəssir və valeh olmuşdu! Mən fikirləşirdim ki, bu, yalnız filmlərdə ola bilər...”

Diaspora