Tailandın keçmiş şahzadəsi Srirasminin valideynləri 30 ay müddətinə həbs olunublar. Qazilər.az saytı Lenta.ru –ya istinadən bildirdirir ki, Afirut və Vantani Suadilər kral ailəsinin ünvanına söylədikləri böhtana görə təqsirləndiriliblər.
Məhkəmənin gedişi zamanı şahzadənin valideynləri monarxiyaya böhtan atma və kral ailəsinin təhqir olunmasında özlərini günahkar hesab etmişlər. “ Hakim monarxiyanı təhqir etdiklərinə görə təqsirləndirilən hər iki şəxsə beş il müddətinə azadlıqdan məhrum etmə hökmü çıxarmışdı. Lakin onlar günahlarını etiraf etdiklərinə görə hakim bu müddəti tən yarı azaldaraq 2 il 6 aya endirib “. Məhkəmənin qərarında belə deyilir.Xatırladaq ki, şahzadə Srirasmi 2014 –cü ilin dekabr ayında kral titulundan könüllü olaraq əl çəkmişdi. O, bu addımı ailəsinin qatıldığı səs – küylü korrupsiya qalmaqalından sonra atmışdı. 2014 –ü il, dekabrın 1-də şahzadə Srirasminin həyat yoldaşı vəliəhd şahzadə Maxa Vadçiralonqkorn arvadının qohumlarını bütün fəxri rütbə və titullardan azad etmişdi. Sonra şahzadənin üç qohumu korrupsiyada təqsirləndirilərək həbs olunmuşdular.