2007-ci ildə Kremldə prezident Vladimir Putinin alimlərlə sirli müşavirəsi keçirildi. Elm adamları imtina edə bilməyəcəkləri təklif aldılar - nadir heyvan növlərinin xilası və tədqiqatı üçün Rusiya Elmlər Akademiyasının (REA) daimi ekspedisiyasını yaratmaq. Və ən əsası, V.Putin bu işdə şəxsən iştirak etməyə qərar verdi. Bir ildən sonra hamı dövlət başçısının Amur pələnginin boynuna xalta taxdığını gördü. Daha sonra pələnglər, bəbirlər, ağ delfinlər, hətta ağ durna ilə məşhur uçuş...
Bəs V.Putinin Amur pələnglərinin aqibəti necə oldu?
Xatırladaq ki, Rusiya prezidenti 2014-cü il mayın 22-də Primorsk diyarına işgüzar səfəri zamanı "Jeludinski" qoruğunda olmuşdu. O, zooloqlarla birgə Borya, Kuzya və İlonanın - Amur pələnglərinin azadlığa buraxılmasında iştirak etmişdi. Həmin vaxt heyvanların boyunlarına onların yerdəyişməsini izləmək üçün elektron çip bərkidilmişdi.
"Lenta.ru" saytının verdiyi məlumata görə, REA-nın daimi ekspedisiyasının rəisi Vyaçeslav Rojnov pələnglərin aqibətinə aydınlıq gətirib. Belə ki, Kuzya Amuru üzüb keçərək Rusiya-Çin sərhədini aşıb. Hazırda o, vətəninə qayıdıb və qoruqda yaşayır.
Borya və İlona isə hələ də Amur vilayətində firavan yaşayırlar.