Baharın gəlişini müxtəlif xalqlar müxtəlif cür qeyd edirlər. Belə ölkələrdən biri də Hindistandır. QAZİLƏR saytı xəbər verir ki, Hindistanda hər il bu vaxtlar Holi bayramı - yazın gəlişi münasibətilə boya festivalı keçirilir.
Bu festivalda insanlar bir-birinə rəngli toz və ya müxtəlif rənglər qatılmış su atırlar.Bu bayram Hindistanın ən sevilən bayramlardan biri hesab olunur, həm də təkcə hinduistlər deyil, digər konfessiyalar da qeyd edirlər.
Holi bayramı Uttar-Pradeş ştatında dul qadınların yaşadığı aşramlarda - monastırlarda da populyardır.
Hinduizm təliminə görə, onlar bir daha ərə gedə bilməzlər və ölənədək ağ - matəm rəngində paltar geyinməlidirlər. Dul qadınların ailəyə bədbəxtlik gətirdiyi hesab olunur, buna görə də onların əksəriyyəti aşramlara üz tuturlar.
Holi ağ paltarlı qadınları da rəngarəng edir...