“Apple” şirkəti Hindistanda ofisini açmaq üçün 25 milyon dollar vəsait yatırıb. İKT.lent.az-ın “The Verge” nəşrinə istinadən məlumatına görə, şirkətin yeni ofisi Heydərabad şəhərində açılacaq. Ofis 23 min kv. m ərazini tutacaq və özündə 4 500 əməkdaşı yerləşdirə biləcək.
“Apple” şirkəti Hindistanın smartfon bazarının cəmi 2 faizinə malikdir. Şirkət bu ölkədə daha ucuz telefon istehsalçıları “Micromax”, “Xiaomi” və “Lenovo”ya məğlub olur. Ancaq 2015-ci ilin son rübündə 2014-cü ilin analoji dövrü ilə müqayisədə “iPhone”un satışları 76 faiz artıb.Hindistanın baş naziri Narendra Modi özünün Silikon Vadisinə səfəri zamanı “Apple” şirkətinin rəhbəri Tim Kukla görüşüb.