QAZİLER.Az saytı AZADİNFORM-a istinadən xəbər verir ki, Cəlilabad rayon sakini 34 yaşlı Miradəm Babaşov qeyri-adi yaddaşı ilə hamını təəccübləndirir. AZADİNFORM-un Cənub bürosu xəbər verir ki, daha çox avtomobil nömrələrini yadda saxlayan bu şəxs rayondakı bütün avtomobil nömrələrini əzbər bilir. Ən maraqlısı isə odur ki, kimsə illər öncə sahib olduğu avtomobil nömrəsini unutduqda bu şəxsin yanına üz tutur.
Nə qədər qəribə olsa da hamı onu rayondakı avtomobil dövlət nömrə nişanlarını əzbər bilən yeganə şəxs kimi tanıyır. Orta məktəb dövründə oxumağa o qədər də meylli olmadığını deyən Miradəmin riyaziyyata və rəqəmlərə xüsusi marağı olub. Tədricən onun bu marağı gördüyü bütün avtomobillərin dövlət nömrə nişanlarını əzbər yadda saxlamaq kimi hobbi ilə əvəz olunub.Miradəm Babaşov mobil telefondan istifadə etsə də heç kimin nömrəsin telefonun yaddaşına yazmır. Çünki o, zəng etdiyi bütün şəxslərin mobil telefon nömrələrin əzbər bilir.
Mütəxəssislər çox nadir hallarda rast gəlinən bu qabiliyyəti insanın görmə yaddaşının daha çox inkişaf etməsi ilə əlaqələndirilər.