Stalin bu aktisaya məftun idi və onun hər bir xahişini yerinə yetirirdi.
Qaziler.az Rusiya mətbuatına istinadən diktatorun belə gözəlliyinə "əsir düşdüyü" bu aktrisanın həyatı haqda bəzi məlumatları təqdim edir.O, kinoda toxuçunu da, qulluqçunu da oynayıb. Özü isə qədim rus zadəgan nəslindəndir. 1940-cı illərdə minlərlə sovet qadını ona bənzəmək üçün saçlarını sarı rənglə boyayır, saç kəsimini ona oxşadır, onun stilində geyinirdilər. Stalin ona məftun olsa da aktrisa isə gizlində bütün ömrü boyu ona nifrət edib.
Uşaqlıqda onu ev tamaşasında görən Şalyapin deyir: “Bu möcüzə böyük aktrisa olacaq”. Və o, yanılmır. Lyubov Orlova sovet kinosunun əfsanəsi olur.
Orlovlar 12 qədim rus zadəgan nəslindəndir. Aktrisanın nəslində II Yekatrinanı taxt-taca əyləşdirən Qriqori Orlov, 1812-ci il qəhrəmanı dekabrist Mixail Orlov da var. Lakin Lyubov Petrovna öz adlı-sanlı nəsil-nəcabəti ilə nəinki fəxr etmir, hətta onu cidd-cəhdlə gizlədirdi.
Kinoulduz olmamışdan əvvəl Orlova Moskva Musiqili Teatrında opera müğənnisi kimi çıxış edib. Filmlərdə də onun nəğmələrini eşitmək olur.
Lyubov Orlova 18 filmə çəkilib. Məşhur olmaq üçün bu çox kiçik rəqəm olsa da o, bunu bacarıb. Onun ən məşhur işləri “Şən uşaqlar”, “Sirk”, “Volqa-Volqa”, “Bahar” filmləridir. Stalinin çox bəyəndiyi “Şən uşaqlar” filmi SSRİ-nin bütün kinoteatrlarında nümayiş olunub. Bu filmi hətta, Venesiya kinofestivalına da göndərirlər. Lyubov Orlova xaricə gedən ilk sovet aktrisası olub. O, dəfələrlə xarici qastrollara gedib.
Bir dəfə Stalin sevimli aktrisasına onun istənilən arzusunu yerinə yetirəcəyini bildirir və təqdim ediləcək siyahının bayağı xahiş – maşın, bağ evi və ya mənzil olacağını gözləyir. Lyubov Orlova isə bir neçə il əvvəl həbs edilmiş birinci əri Andrey Berzin haqda məlumat verilməsini xahiş edir. Xahiş yerinə yetirilir.
Kremldəki qəbulların birində Stalin Orlovadan soruşur:
-Ərin səni incitmir ki?
-Hərdən incidir, nadir hallarda, - deyə o, cavab verir.
-Ona de ki, əgər səni incitsə biz onu asacağıq!
-Nədən asırsınız , yoldaş Stalin? – söhbətə Orlovanın əri Aleksandrov (ikinci əri-red.) qarışır.
-Boğazından, - deyə baş katib ciddi və qaşqabaqlı cavab verir.
Sovet kinosunun əfsanəsi həmişə çox gözəl görünürmüş, lakin bununla belə o, yaşını gizlətməyə üstünlük verirdi. Çünki qocalıqdan dəhşətli dərəcədə qorxurdu. 70 yaşın astanasında olarkən hamıya deyirmiş ki, 39 yaşı var. Plastik əməliyyat keçirən ilk ulduzlardan biri məhz Orlova olub. Aktrisanın müasirləri onu bəzən həddən artıq özünə güvənərək yaşını hesaba almadığını xatırlayırdılar. Yəqin ki, elə buna görə də 1974-cü ildə 72 yaşlı Orlova əri Qriqori Aleksandrovun çəkdiyi filmdə 30 yaşlarında qadın rolunda çəkilib. Bu isə istehza ilə qarşılanıb...