Dahi fizik Albert Eynşteynin rus kəşfiyyatçısı Marqarita Konenkova arasında yaşanan böyük sevgi dramı çox az adama bəllidir.
Qaziler.az Rusiya mətbuatına istinadən bu sevginin təfərrütını təqdim edir.Albert Eynşteynin böyük elmi kəşfləri çoxlarına bəllidir, lakin onun şəxsi həyatındakı təfərrüatlar uzun zaman sirr olaraq qalıb. Dahi özü haqqında deyirmiş ki, iki müharibə yaşayıb, iki arvadı olub və Hitleri görüb.
Ancaq onun həyatında elə bir səhifə olub ki, o, bu barədə susmağa üstünlük verib: sovet kəşfiyyatçısı Marqarita Konenkova ilə gizli sevgi romanı.
Marqarita Konenkovanın portreti
Marqarita Konenkova parlaq və qeyri-adi həyat yaşayıb. Cavanlıqda o, İvan Buninin evində yaşayıb, bir çox mədəniyyət xadimləri - Vsevolod Meyerxold, Fyodr Şalyapin, Aysedora Dunkan, Sergey Yesenin və başqaları ilə tanış idi. Onun əri məşhur heykəltaraş Sergey Konenkov olub. Düzdür, onunla nikaha girmək qərarı Marqarita üçün o qədər də asan deyildi: Konenkov ondan 21 yaş böyük idi.
Marqarita Konenkova və Albert Eynşteyn
Toydan sonra gənclər SSRİ-də bir il də yaşamayıblar, onlar Nyu-Yorkda rus incəsənətinər həsr olunmuş sərgidə iştirak etmək üçün ora gedirlər. Səfərin uzağı bir ay çəkəcəyi planlaşdırılmışdı, lakin cütlük 22 il Amerikada qalmalı oldu. Konenkov burada öz işini davam etdirir, Marqarita onun ilham pərisi olur, tez-tez onun heykəlləri üçün çılpaq pozalar verir. Onun bütün işləri Amerika içtimaiyyəti tərəfindən bəyənilir.
Marqarita əri Sergey Konenkovun ilham pərisi olub
1935-ci il Marqarita üçün taleyüklü olur. Bu zaman Prinston universiteti görkəmli alimin heykəltaraqşlıq portretinin yaradılması təşəbbüsü ilə çıxış edir. Tezliklə Marqarita Konenkova emalatxanada Albert Eynşteynlə tanış olur. 39 yaşlı gözəl 56 yaşlı dahini ilk baxışdaca məftun edir.
Marqarita Konenkova və Albert Eynşteyn
Marqarita ilə Eynşteynin sevgi romanı uzun zaman gizli qalır. Çox illərdən sonra - 1998-ci ildə "Sotbis"in hərracında gurultulu müzakirəyə səbəb olan dahi fizikin sevgi məktubları meydana çıxdı. Onlardan sonra məlum oldu ki, cütlüyü heç də dostluq münasibətləri bağlamırmış. Albert Eynşteynin Pristondakı kottecində dincələrkən cütlük çox zaman bir yerdə olmuşdur. Konenkovun sayıqlığını aradan qaldırmaq üçün Eynşteyn hiyləgərliyə də əl atır: o, Marqaritanın xəstəliyi haqda həkim bildirişini də onun ərinə göndərir. Bu bildirişdə qeyd olunur ki, Marqarita Saranak-Leyk-də daha çox vaxt keçirməlidir.
Albert Eynşteyn tərəfindən Marqarita Konenkovaya hədiyyə verilən saat.
Biz artıq heç vaxt bilməyəcəyik ki, Sergey Konenkov arvadının xəyanəti haqda bilib, yoxsa yox. Albert Eynşteyn ayrılıq günlərində sevgilisi üçün çox darıxır, ona səmimi sevgi məktubları yazaraq bildirirdi ki, onsuz rahat "yuvacıq" tamamilə boşdur.
Konenkova Albert Eynşteyn, onun ikinci arvadı Elza, qızlığı Marqot və fizik Robert Oppenqeymerlə birlikdə
Marqaritaya gəlincə, onun çiyinlərində ağır yük vardı: məlumat ötürürdü. Həmin illərdə Amerikada nüvə silahının hazırlanması üzərində iş gedirdi, dahi fizik də təbii ki, lazımi informasiyaya malik idi. Konenkovanın səyi ilə Eynşteyn ştatlarda sovet səfirinin müavini Pavel Mixaylovla görüşür. Əlbəttə ki, o bunu öz ilham pərisinə olan sevgisinə görə edir. Çünki başa düşürdü ki, onu tapşırığı yerinə yetirmədiyinə görə nə gözləyir.
1945-ci ildə Konenkov cütlüyü SSRİ-dən geri qayıtmaq haqda əmr alır. Bununla da kəşfiyyatçının və dahi fizikin sevgi tarixçəsi başa çatır.
Sergey Konenkovun portreti
">
Sergey və Marqarita Konenkovlar