“Google” korporasiyasının pilotsuz avtomobilləri London küçələrində sınaqdan keçirilməyə başlayıb. İKT.lent.az-ın “The Guardian” nəşrinə istinadən verdiyi məlumata görə, London meriyası hazırda bu məsələ ilə bağlı “Google” ilə danışıqlar aparır. Bu danışıqlarda şirkətin pilotsuz avtomobillərinin Birləşmiş Krallığın paytaxtının küçələrində sınaq şərtləri müzakirə edilir.
Beləliklə, London ABŞ-dan kənarda “Google”un özü idarəolunan avtomobillərinin sınaqdan keçiriləcəyi ilk şəhər olacaq. 2009-cu ildə start götürən layihə buna qədər Mauntin-Vyu, Ostin və Kirkland şəhərlərində test edilib.
“Texnologiya böyük şəhərlərdə işləməlidir. Niyə biz onu sınaqlarına başlamamalıyıq?”, deyə London Nəqliyyat Xidmətinin başçısı İzabel Dedrinq bildirib. O qeyd edib ki, əvvəllər “Google” ancaq ABŞ-da texnologiyalarla işləyirdi. Ancaq hazırda onlar bunu başqa şəhərlə həyata keçirməyi düşünüblər. Bunun üçün də biz danışıqların fəal mərhələsinə keçid almışıq” - deyə London Nəqliyyat Xİdmətinin rəhbəri İzabel Dedrinq bildirib.
İ.Dedrinq etiraf edir ki, pilotsuz avtomobillərin istifadəsi yollarda bədbəxt hadisələrin və qəzaların sayının xeyli azalmasına yardım edəcək.