İngiltərədə aparılan bir araşdırmaya görə, yetkin insanlar arasında ən xoşbəxt insanların 65-79 yaşlar arasındakı yaş qrupu olduğu məlum olub.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki. İngiltərədə 300 mindən artıq yetkin insan arasınada aparılan sorğuya görə, həyatın qaneedici və dəyərli olduğunu düşünmək duyğusu 65-79 yaş qrupu arasında olan insanlara aiddır. Bu duyğular 80 yaşdan sonra düşür.45-59 yaş qrupunda qayğı səviyyəsi yüksək olur
2012-2015-ci illər arasında aparılan araşdırmalar nəticəsində məlum olub ki, 45-59 yaş arasında olan insanların xoşbəxt həyat səviyyəsi düşüncəsi ən aşağı həddə olur. Bu yaş qrupunda olan kişilər qadınlara nisbətən daha az məmnun olurlar. Çünki onlar ən yüksək qayğı çəkməyə məcburdurlar. Araşdırma aparanlar bu yaş qrupunda olan insanların həm uşaqlarının, həm də valideynlərinin qayğıları ilə “yükləndiklərini”, ona görə də özlərini xoşbəxt hiss etmədiklərini düşünürlər. Bununla da daha gənc olanlar və təqaüdçülər öz xoşbəxtliklərini yüksəltmək üçün daha çox boş vaxta malikdirlər.
90 yaşındakı insanlara görə həyat yaşamağa dəyməz
Alimlər yaşı 80-dən yuxarı olanların xoşbəxtlik və can sağlığı duyğusunun aşağı olduğunu bildirirlər. 90 yaşı olanlar həyatın yaşamağa dəymədiyini düşünürlər. Ancaq bununla belə, bu qrupun xoşbəxtlik və həyatın qaneedici səviyyəsi 20 və 30 yaşlardakı qrupda olduğu kimidir.