İspaniyanın Lanzarote adası yaxınlığında Avropanın ilk sualtı muzeyi təsis edilib.
Qaziler.az BBC-ə istinadən bildirir ki, 15 metrlik su qatı altında 300-dək heykəl sərgilənməlidir.O cümlədən bəzi ada sakinlərinin obrazlarından ibarət heykəllər betondan düzəldilib.
Onların 300 il ərzində suyun altında qalacağı nəzərdə tutulur.
700,000 avroya başa gələcək muzey ziyarətçilərin üzünə 2 ildən sonra açılmalıdır.