Baş transplantasiyası da olacaq - Dünyada ilk

Baş transplantasiyası da olacaq - Dünyada ilk backend

İtalyan cərrah dünyada ilk dəfə olaraq baş transplantasiyası aparmağı planlaşdırır.

İtaliyalı neyroxirurq Serco Kanaveyro təsdiq edir ki, iki ildən sonra o, yeni metodu sınaqdan çıxara biləcək. Yəni o, bir insanın başını başqa insanın başı ilə dəyişə biləcək. Belə əməliyyat hansı səbəbdənsə orqanizmi məhv olan insanları xilas etməyə kömək edəcək. Bu, məsələn, onurğa sütunundan aldığı zədə ilə əlaqədar onkoloji xəstəliyə tutulmuş insanlara tətbiq oluna bilər. Teoretik olaraq 1970 –ci ildə aparılan əməliyyat da bunu mümkün edir. Belə ki, həmin vaxt bir meymunun başı digəri ilə əvəz olunmuşdu. Heyvanlar əməliyyatdan sonra daha doqquz gün yaşamış, lakin immun sistemi bədənin yeni hissəsini qəbul etmədiyinə görə onlar tələf olmuşdular.

Serco Kanaveyro hesab edir ki, icazə verilsə və maliyyələşsə belə əməliyyatı uğurla həyata keçirmək olar. Əgər belə imkan olarsa artıq 2017 – ci ildə ilk baş köçürülməsi baş tuta bilər. Cərrahın fikrinə görə əməliyyat bu şəkildə aparılacaq: müalicəyə gələn xəstə və donor süni olaraq komaya salınacaq və bundan sonra başlar eyni zamanda dəyişdiriləcək.
Diaspora