İllər öncə övladlığa götürdüyü oğlan onun haqqını belə ödədi

İllər öncə övladlığa götürdüyü oğlan onun haqqını belə ödədi backend

İllər öncə amerikalı İnqeborq Makintoş Cordanı övladlığa götürmək üçün çox əziyyət çəkib.

Qaziler.az xarici mətbuata istinadən göz yaşardan, təsirli həyat hekayətini təqdim edir.
Cordan lap kiçik olanda uşaq evinə verilib. Amerikalı qadın demək olar ki, 4 il onu övladlığa götürmək üçün əlindən gələni edib.
Problem onda olub ki, Cordanın doğma anası onun qarışıq ailəyə övladlığa verilməsini istəyib. Bu arzuya uyğun valideynlər tapılmadığı üçün Cordanı nəhayət ki, İnqeborqa verirlər. Onun sözlərinə görə, uşağı qucağına aldığı ilk dəfədən başa düşmüşdü ki, Cordan onun ailəsinin bir hissəsi olmalıdır.

Qadın 20 ildən sonra böyrək xəstəliyinə tutulur və ona böyrək köçürülməsinə ehtiyac yaranır. Oğul anadan gizli olaraq onun donoru olmağa qərar verir. O, analizlər verir və məlum olur ki, böyrəyi köçürülməyə uyğun gəlir.

Cordan tərəddüd etmədən əməliyyata razılaşır. Anası haqda danışarkən göz yaşları içərisində bildirir ki, onu övladlığa götürüb tərbiyə etmiş bu qadına çox minnətdardır. Oğlan başa düşür ki, qadın onunçün nə qədər mübarizə aparmış və onunçün çox işlər görmüşdür. İndi isə o, anasının ona göstərdiyi bu fədakarlığa elə bu cür də cavab verməlidir.

Onun sözlərinə görə, anasını sevdiyini və onu yüksək qiymətləndirdiyini göstərmək üçün bu çox azdır. İnqeborq əməliyyat öncəsi oğlunun donor olduğunu öyrənir. O, oğluna deyir: "Düşün, sən hələ bundan imtina edə bilərsən". Cordan ona belə cavab verir: "Yox, ana, mən bunu səninçün etmək istəyirəm".
Əməliyyat uğurla başa çatır. Bu gün İnqeborq yalnız bunu deyə bilər: "Mən bundan yaxşı oğul haqqında arzulaya da bilməzdim".

Diaspora