Uzunömürlülüyün sirləri. İnsan niyə yalnız 120 yaşa qədər yaşaya bilir? Niyə insan ömrünün uzunluq həddi bu sərhəddə qədər ölçülür? Dünyada 100 -110 yaşa qədər yaşayan insanlar çoxdur və 120 yaşa adlayan insan demək olar ki, yoxdur. Yalnız fransız qadın Janna Luiza Kalman bu yaşa çatmaq xoşbəxtliyini yaşaya bilib. O, ölərkən 120 yaşını keçmişdi. Düzdür, daha uzun ömür sürmüş insanlar haqqında məlumatlar var, lakin bu məlumatlar səhih deyil. Həqiqətdə isə 120 yaş psixoloji hədd hesab oluna bilər.
Nealit əsrində bu yaş həddi 20, qədim ovçuluq – yığıçılıq dövründə 33 yaş olub.İnsan ömrünün uzunluğu onun yaşadığı yerdən də asılıdır. Məsələn, orta yaş həddi Zambiyada 39, Yaponiyada 89 yaş, bütün dünyada isə 66-dır.
Bu, nə ilə izah olunur? Çox güman ki, uzunömürlülükdə bu qəfil sıçrayış suların xlorlanması, şəxsi gigeyenanın geniş yayılması, qidalanmanın yaxşılaşması, uşaq ölümünün azalması, vaksinasiyanın yaranması, antibiotiklər və digər dərmanlar hesabına baş verib.
Belə bir Çin məsəli var: 100 yaşa qədər yaşamısansa axmaq özünsən. Əksər insanlar belə güman edir ki, qocalıqla bağlı ilk dəyişikliklər 40 yaşdan sonra başlanır. Qocalıqla bağlı həyat şəraitini dəyişmək və qocalıqla mübarizəyə başlamağın 45 yaşdan əvvələ təsadüf etdiyinə inanmaq olmaz.
Əslində funksional tənəzzülün ahıl yaşlarında başladığını düşünmək düzgün deyil. Araşdırmalar zamanı sübut olunub ki, orqanizmin funksional zəifləməsi prosesi daha əvvəldən, yəni yetkinlik yaşa çatma (bu, təxminən 19 yaş həddi hesab olunur) dövründə başlayır. Lakin bir sıra funksiyalar daha tez – uşaq yaşlarından zəifləyir. Sonradan bu dəyişmələr “yaşla bağlı xəstəliklər” ə gətirib çıxarır. Məsələn, infakta gətirib çıxaran ateroskleroz, arteriyadaki az miqdarlı yağ çöküntülərindən başlayan insult və digər damar problemləri. Və bunları bəzən uşaqlarda da tapmaq olur. Yeniyetmələrin damarlardan gələn qanla qidalanan ürəklərində, hətta aterosklerotik ağrılar da olur(ABŞ-da bu, hər altı uşaqdan birində rast gəlinir). Şirin və kalorili yeməklər, fiziki aktivliyin aşağı olması, piylənmə, siqaret çəkmək bu xəstəliklərin inkişafına gətirib çıxarır. Qocalıq üçün tipik olan bu problemlərlə uşaqlıqdan mübarizə aparmaq lazımdır.