Zukerberqin milyardları bir az da artdı-47.6 milyard

Zukerberqin milyardları bir az da artdı-47.6 milyard backend

“Facebook”un qurucusu Mark Zukerberq şirkətin rekord gəlirləri fonunda öz sərvətini 6 milyard dollardan çox artırıb. İKT.lent.az-ın xəbərinə görə, “Bloomberg” agentliyi iş adamının onun sahib olduğu aktivləri 47,6 milyard dollar məbləğində qiymətləndirib. Bunun nəticəsində M. Zukerberq “Bloomberg”in versiyasına əsasən dünyanın ən zəngin adamları siyahısında 2 pillə yüksələrək 6-cı olub.


“Facebook”un rekord kvartal mədaxili əldə etməsi açıqlandıqdan sonra şirkət səhmlərinin qiyməti də yüksəlib və cəmi bir gün ərzində sosial şəbəkənin sahibi öz varidatını 6,2 milyard $ artırıb. İndi milyarderlər siyahısında M. Zukerberqdən yuxarıda 5 nəfər var: Bill Geyts, Amansio Orteqa, Uorren Baffet, Ceff Bezos və Karlos Slim. Bu ilin əvvəlindən bəri dünyanın ən zəngin 20 adamından yalnız 3-ü öz aktivlərinin dəyərini yüksəldə bilib.

Qeyd edək ki, yanvarın 28-də Nyu York fond birjasında “Facebook”un səhmlərinin qiyməti əvvəlki günə nisbətən 14,3% artaraq 107,95 dollara çatıb. Ay ərzində sosial şəbəkədən istifadə edənlərin sayı 14% yüksələrək 1,6 milyard nəfərə çatıb. Şirkət 2014-cü ilin 4-cü kvartalı ilə müqayisədə gəlirlərini 123% (701 milyard dollardan 1,6 milyarda qədər) yüksəltməyə nail olub. Beləliklə, “Facebook”un gəlirləri ilk dəfə 1 milyardı aşıb. Gəlir artımında əsas amil mobil reklamlar olub. Bu reklamların gəlirlərdə payı 80%-ə çatıb. Üç il əvvəl isə cəmi 20% idi. “Facebook” hələ öz reklam potensialından tam istifadə etməyib. Video xidmətləri, informasiya mübadiləsi və virtual reallıq kimi “meydança”lar hələlik bu məqsədlə istifadə olunmayıb.
Diaspora