Butan- dünyada tantra (buddizm) rəsmi din elan edilmiş yeganə dövlətdir.
Buna görə də bu ölkədə hər bir vətəndaşın xoşbəxtliyi dövlətin qarşısında duran əsas vəzifə hesab edilir.Qaziler.az Rusiya mətbuatına istinadən bildirir ki, bu, ölkə konstitusiyasının 9-cu maddəsində təsbit olunmuşdur.
Ölkədə əhalinin siyahıya alınması zamanı hər bir ölkə vətəndaşına: “Siz xoşbəxtsinizmi?” - sualı verilir. 2015-ci ildə keçirilmiş sonuncu siyahıyaalmada əhalinin 35%-i “çox xoşbəxtəm” deyib, 47,9%-i “xoşbəxtlər”, yalnız 8,8% deyib ki, onlar “çox da xoşbəxt deyillər”.
Beləliklə, burada milli siyasətin əsasında başlıca məqsəd kimi xoşbəxtlik qoyulub və buna görə də dünyada yeganə olaraq yalnız bu ölkədə Xoşbəxtlik Nazirliyi yaradılıb.
Həqiqətən çox təəccüblü olan bu ölkədə aclıq, cinayət yoxdur. İnsanlar müharibə və aclığın nə olduğunu bilmədən yaşayırlar. Butanlılar çox qonaqpərvər, müasir dünya ilə pozulmadan öz unikal mədəniyyətlərini qoruyub saxlayırlar.
Bu ölkədə heyvanları öldürmək qadağan olunduğu üçün demək olar ki, hamı vegetariandır. Eyni zamanda, kimyəvi maddələrdən istifadəyə də qadağa qoyulub. Ona görə də bu torpaqda yetişdirilənlər ekoloji cəhətdən təmizdir.