ABŞ-da yollar özünü buzdan təmizləyəcək

ABŞ-da yollar özünü buzdan təmizləyəcək backend

ABŞ-ın Nebraska Universitetinin professoru Kris Tuanın rəhbərlik etdiyi komanda “Özünü buzdan təmizləyə bilən yollar” layihəsini irəli sürüb. Lent.az-ın məlumatına görə, alimlərin yeni layihəsinə əsasən polad yonqularından və karbondan hazırlanan yeni beton növü elektrikkeçiriciliyə malik olacaq, üzərinə toplanan qar və buzları isidərək əridəcək.

Hazırda Amerikanın Federal Aviasiya Adminstrasiyası bu beton materialının hazırlanmasını pilot proqram olaraq həyata keçirir. Əgər layihə uğurlu olarsa, ABŞ bu proqramdan aeroport asfaltlarının döşənməsində istifadə edəcək.
Diaspora