Pişiklər müalicə edir

Pişiklər müalicə edir backend

Əgər sahibi saxladığı pişiklə etibarlı münasibət qura bilsə həmin pişiklər öz sahibinin ağrılı yerini tapıb onu müalicə etmək qabiliyyətinə malikdirlər. Pişik ağrıyan yerə uzanır, xoruldayır və beləliklə, ağrı geri çəkilir. Ciddi vəziyyətlərdə isə bu heyvan bir neçə saat xəstənin yanından əl çəkmir. Statistikaya görə pişik sevən insanlar bu ev heyvanı olmayan insanlardan beş dəfə az həkimə müraciət edirlər.

Ürək – damar xəstəliklərində

Pişiklərin insanları ürək tutmaları və hipertonik böhranlardan çıxardıqları haqda çox məlumat var. Onlar hətta baş verə biləcək ağrılar haqda əvvəlcədən də xəbərdarlıq edə bilərlər. Pişik sahibləri yaxşı bilirlər ki, onlar əsəbi və gərgin olanda sevimliləri onlara necə “yaltaqlanırlar ”.

Pişiklər evdə ikinci dəfə miakard infaktının baş vermə riskini azaldırlar. Ağrı tutması keçirən insan bir neçə dəqiqə öz sevimli pişiyini tumarlasa təzyiqi və nəbzi normallaşar.

Mədə - bağırsaq yolları xəstəliklərində

Həzm üçün də pişikləri sığallamaq xeyirlidir. Qeyd edək ki, az tüklü və tüksüz
pişiklər digər növlərə nisbətən mədə - bağırsaq yolları və sidik – cinsiyyət sistemi xəstəliklərində daha yaxşı müalicə edirlər.

Stressdə və yorğunluqda

Pişiklər yorğunluğu, stressi, miqreni aradan götürmək, təzyiqi aşağı salmaq, nəbzi normallaşdırmaq imkanına malikdirlər. Əla psixoterapevt və nevropatoloq olan pişiklər bunlardır: Sibir, anqor, fars, birman, Norveç meşə pişikləri. Onlar yuxusuzluqdan, gərginlikdən, depressiyadan əziyyət çəkən insanlara kömək edə bilərlər.

Qara pişiklər digər rəngli pişiklərlə müqayisədə mənfi enerjini iki dəfə artıq azalda bilir. Kürən pişiklər özləri lazımi enerjini verir. Krem rənglilər enerjini tarazlaşdırır, boz – mavilər sakitləşdirir, ağ pişiklər isə misilsiz həkimdirlər.

İmmunitetin qaldırılması

Gün ərzində pişik mırıltısına qulaq asmaq immunitetin qalxmasına yaxşı kömək edir.

Ömrün uzanmasında

Alimlər araşdırmalardan sonra belə qənaətə gəliblər ki, evində ömür boyu pişik saxlayan insanlar bu heyvana heç vaxt malik olmayan insanlardan 10,3 il artıq yaşayırlar. Pişik sevənlərin qan təzyiqi normal, qanda xolestirinin aşağı olması da müəyyənləşdirilib.

Pişiklər – iynə terapevti

Pişiklər “iynə terapevti ” rolunda da bacarıqlıdırlar. O, sahibinin üstünə dırmaşaraq öz caynaqları ilə bu “vəzifə”ni yerinə yetirirlər. Bu üsul ev təbabətində çoxdan istifadə olunur.
Diaspora