Sürətli qaçışına görə dünya rekordu müəyyənləşdirən Sara ləqəbli hepard ABŞ-ın Ohayo ştatında Cincinnati zooparkında ölüb.
Qaziler.az bildirir ki, Trend-in xarici KİV-ə istinadən verdiyi məlumata görə, hepard 2012-ci ildə, 11 yaşında ikən 100 metr məsafəni 5.95 saniyə ərzində qaçaraq dünyanın ən sürətli məməlisinə çevrilib.Yaşı 15-ə çatan Saranın səhhəti pisləşdiyindən baytar həkimləri heyvanın əzabını yüngülləşdirmək üçün ona iynə vurub öldürmək qərarına gəliblər.