Havanı təmizləyən divarlar yaradılıb

Havanı təmizləyən divarlar yaradılıb backend

Şanxay yaxınlığında yerləşən Çin şirkətlərindən biri yeni növ tikinti blokları yaradıb.

Bu bloklar havanı zərərli maddələrdən təmizləyən xüsusi mina ilə örtülüb. “Kaier New Materials” şirkətindən bildiriblər ki, minanın tərkibinə xüsusi nanometrik material əlavə edilib. Bu material zərərli maddələrlə fotosintezi xatırladan prosesə girir.

Qaziler.az-ın məlumatına görə, AZƏRTAC “China Daily” qəzetinə istinadla xəbər verir ki, bu blokların hər 100 kvadratmetri havanı sanki 7 qovaq ağacı qədər təmizləyir. Qovaq, təbiətdə ağaclar arasında ən məhsuldar hava təmizləyicisidir. Kimyəvi reaksiya prosesində su nazik təbəqə əmələ gətirir. Bu təbəqə sayəsində divarları küçə tərəfdən yumağa ehtiyac qalmır.

Sınaq tikinti materialları üzrə xüsusi mərkəzdə aparılır. Şirkət öz məhsulunu hələlik bazara çıxarmağa tələsmir, çünki Çinin test institutlarının belə innovasiyalı material üçün standartları yoxdur.
Diaspora