Yarım milyonluq maşının sahibi kimdir? - Video

Yarım milyonluq maşının sahibi kimdir? - Video backend

Bakı küçələrində şütüyən “Lamborcini Qallardo” markalı avtomobilin kimə məxsus olması bir neçə gündür ki, müzakirə olunur.

Qaziler.az bildirir ki, Axar.az-ın məlumatına görə, 90 AZ 030 dövlət nömrə nişanlı maşının qiyməti nə az, nə çox - yarım milyon avrodur.

Hətta London küçələrində bu avtomobili görənlər heyrət edir, dərhal onun şəkillərini çəkirlər. Paytaxtda bu maşının görünməsi də maraqla qarşılanıb.

“Kriminal.az” şəhərin Sabunçu rayonu, Komsomol dairəsində hərəkət edən həmin avtomobilin videosunu çəkib. Amma sözügedən maşının kimə aid olmasını dəqiqləşdirmək mümkün olmayıb.

Qeyd edək ki, Bakıda “Lamborcini” markalı maşını sürənlərin sayı barmaqla sayılacaq qədər var. Bir müddət əvvəl “Şərur” MTK sahibi İsfəndiyar Axundovun oğlu Allahverdi Axundov “Lamborcini” markalı maşını ilə gündəmə gəlmişdi.

Azərbaycan Dövlət İqtisad Universitetin tələbəsi olan A.Axundovun 650 min manatlıq maşını geniş müzakirələ yol açmışdı.


Diaspora